F-1.az xatırladır ki, Fernando Alonso gələn il yenidən Formula1-ə qayıdacaq. İspaniyalı sürücü 2018-ci ildə Formula1-dən getdikdən sonra müxtəlif avtoidman seriyalarında gücünü sınamışdı. Amma ikiqat Dünya Çdğempionu gələn il 40 yaşını qeyd edəcək və bu hal onun əleyhinə ola bilər.
Daniel Rikkardo: “Heç kim yaşlı adam gözləməməlidir. Mən çox sürətli Fernando Alonso gözləyirəm. Nə edəcək bilmirəm. Formula1-dən ayrıldıqdan sonra bəxtini müxtəlif seriyalarda sınadı. Yenidən Formula1-də yarışmaq istəyir. Buradakı son mövsümündə komanda yoldaşını sıralanma turunda 21-0 məğlub etmişdi. Stoffel zəif sürücü deyil. Boliddən maksimumu ala bilən sürücüdür. Mən yaşlı Alonso yox, hər şeyə hazır olan çempion gözləyirəm”.