F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışın son dövrələrində Lando Norrisə hücum edərkən tras xaricinə çıxıb və təhlükəli formada geri qayıdıb. Daha sora isə Rəykkönenə tras xaricindən hücum edib.
Hadisələri araşdıran FİA hər insidentə görə Rikkardoya 5 saniyə cəza verib. Beləliklə, 10 saniyə cəza alan 29 yaşlı sürücü yekunda 11-ci yerə düşərək xalsız qalıb.