D.Reddinq McLaren-i tərk edib

Uzun müddətdir ki, McLaren-də menecerlik edən Deyv Reddinq Williams-a transfer olunub.

F-1.az xəbər verir ki, Reddinqi komandanın sabiq baş mexaniki Pol Ceyms əvəz edəcək. FİA ilə bağlı məsul işçi isə Andrea Stella olacaq. Bu barədə McLaren-in mətbuat katibi danışıb: “Deyv Reddinqin McLaren-dən ayrıldığını təsdiq edə bilərik. Komandanın idarəetməsi isə Pol Ceymsə veriləcək. Yarış direktoru vəzifəsində işləyən Andrea Stella isə idman və FİA ilə bağlı məsul işçi olacaq. Kari Lammenranta isə yeni yarış mexaniki olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*