F-1.az xəbər verir ki, komandadan bunun sürpriz olmadığını, yəni qəzanı gözlədiklərini bildiriblər.
Deyv Rayan, komandanın idman direktoru: “Rio bu səhvləri etməsəydi, biz təəccüblənərdik. Çünki o təzə başlayır… Pilotlarımızı müqayisə etmək düzgün olmaz. Çünki Paskal DTM çempionu olaraq gəlib və Formula1 bolidinə də dəfələrlə əyləşib. Müqayisədə daha təcrübəlidir. Rio da isə vəziyyət belə deyil. Amma hər ikisi əla pilotdur. Hər iki pilotumuza güvənirik”.
Qeyd edək ki, Haryantonun meneceri komanda ilə müqavilənin tam mövsümlük olduğunu qeyd edib…