D.Rayan: “10-cu yeri qaytarmaq asan olmayacaq”

Manor komandasının rəhbəri Deyv Rayan bildirib ki, 10-cu yeri tuta bilməsələr, bunu qəbul edəcəklər.

F-1.az xatırladır ki, Manor komandası Avstriyada Paskal Verlyaynla 10-cu yeri tutmuş və bir xal qazanaraq, Mühəndislər Kubokunda 10-cu olmuşdu. Amma Sauber komandası Braziliyada Nasrla 9-cu yeri tutaraq 2 xal qazanmış və 10-cu yeri Manor-un əlindən almışdı.

Əgər mövsüm belə bitsə, Sauber gələn il üçün daha çox bonus ödəməsi alacaq.

Deyv Rayan: “Bu yarışdır və belə şeylər ola bilər. Onuncu yeri tutduğumuz üçün sevincli idik, amma Sauber daha yaxşı iş gördü. Eriksson Braziliya həftəsonunda əla performans göstərdi. Onların güclü performans göstərdiklərini inkar edə bilmərik. Mövsümü 10-cu yerdə bitirəndə daha çox pul alırsınız və bunu əldə etmək gözəl olardı. Əgər 10-cu ola bilməsək, bunu qəbul etməliyik. Bu qədər bəsit. Əlimizdən gələni etsək də, Nasr möhtəşəm performans göstərdi. Mübarizə yaxın idi. Uzun müddət iki bolidimizlə də ilk onluqda idik. Bu yaxşı idi.

Yarış yenidən başlayanda 10-cu idik. Turnir cədvəlinin necə vəziyyətdə olduğundan xəbərdar idik. Komanda əla iş görsə də, xal qazana bilmədik”.

Rayan bildirib ki, onlar Əbu Dabidə 10-cu yeri tutacaqlarını gözləmirlər: “Növbədə hələ də bir yarış var. Çətin yarış olacaq. Havaya müdaxilə edə bilmərik, ancaq finiş xəttini keçənə qədər mübarizə aparacayıq.

Əgər 11-ci olub, daha az mükafat alsaq, bu, sürücü seçimimizə təsir etməyəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*