F-1.az xatırladır ki, Enea mövsümün ilk yarışı olan Portimaoda rəqibi Luka Marini ilə təmas yaşamış və zədələnmişidi. Onu əvvəlki yarışlarda Pirro əvəz etsə də, gözləntiləri qarşılaya bilməmişdi. Buna görə də onlar Ducati adına Superbike seriyasında yarışan Danilo Petruççiini gətiriblər.
Danilo Petruççi: “Ducati ilə MotoGP-yə qayıtmaq tərif edilə bilməz hissdir. Özü də son qələbəmi qazandığım trasa… Bundan başqa çempion motosikleti sürmək şərəfi məndə olacaq.
Hava şəraitini də düşünsək, heç də asan həftəsonu olmayacaq. Ancaq keçmişdə yağışlı havalarda rəqabətədavamlı olurdum. Məqsəd əylənmək və komanda ilə yaxşı vaxt keçirməkdir”.
Qeyd edək ki, Petruççi 2019 və 2020-ci illərdə Ducati komandası ilə MotoGP-də mübarizə aparmışdı.