D.Mateşiç: “Ferstappen hara gedəcək?”

Red Bull komandasının sahibi Diter Mateşiç bildirib ki, Ferstappen komandadan ayrılmayacaq.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il sıralanma turlarında güclü performans göstərsə də, 12 yarışın 6-da mübarizəni vaxtından əvvəl dayandırmalı olub. Bunun əvəzində isə komanda yoldaşı Rikkardo 1 dəfə qalib gəlməklə, 6 dəfə podiuma yüksəlib.

Bəzi iddialara görə Ferstappen bu problemlərdən sonra xoşbəxt deyil və komandadan ayrılmaq istəyir.

Diter Mateşiç: “İki yarışdan birində mübarizəni dayandırmaq qəbuledilməz haldır. Ona yaxşı bolid verməliyik. Hazırda inanıram ki, Maksı komandada saxlaya bilərik. Hara gedəcək? Ən yaxşı komandalarda yer yoxdur. Əgər Maksı gələcəkdə komandada saxlamaq istəyiriksə, ona yarışlar qazana biləcəyi bolid verməliyik.

Renault mühərrikləri ilə davam edəcəyik. Mercedes və Ferrari-yə keçə bilmirik. Honda da bizə kömək etməz. Buna görə də dəyişiklik olmayacaq.

Belçikada Restartdan sonra Bottası geridə qoyan Daniel mükəmməl idi. Məncə, bu bütün dövrlərin ən yaxşı ötməsi idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*