D.Mateşiç: “F1-dən getməyi heç vaxt düşünmədik”

Red Bull komandasının sahibi Diter Mateşiç bildirib ki, keçən il Renault ilə yaşadıqları problemlərə baxmayaraq, komanda olaraq Formula1-dən ayrılmağı düşünməyiblər.

F-1.az xatırladır ki, Renault keçən il istənilən kimi inkişaf edə bilməmiş və mühərriklə təmin etdikləri Red Bull ilə münasibətləri son həddə çatmışdı. Avstriyalılar 2016-cı il üçün Mercedes, Ferrari və Honda-dan mühərrik istəsələr də, hər üç istehsalçıdan da “yox” cavabı almışdılar.

O dövrlər belə söz-söhbətlər var idi ki, Red Bull komandası idmandan gedəcək. Amma Mateşiç bu xəbərləri təkzib edib: “Heç vaxt ayrılmağı düşünmədik. Amma nəzəri olaraq belə bir ehtimal var idi. Bunun əsas səbəbi bütün istehsalçıların bizə mühərrik vermək istəməməsi idi”.

Red Bull keçən ildən bəri çox inkişaf etdi və gələn il də Mercedes-in ən böyük rəqibi olacaqları ehtimal edilir.

Mateşiç isə Ferstappenin inkişafından razıdır və  düşünür ki, hollandiyalı Senna kimi böyük sürücülərdən biri olacaq: “Əgər Ferstappenin fitri istedadını, zehni gücünü və cəsarətini düşünsək, o, Senna kimi ola bilər. Amma özünü inkişaf etdirməlidir. Onun çox böyük potensialı var”.

Mateşiç Karlos Sayns barədə də fikirlərini bildirib: “Karlos həm xarizmatik, həm böyük idmamçı, həm də böyük istedaddır. Onun tək problemi Red Bull-un Rikkardo və Ferstappen kimi sürücüləri olmasıdır. Toro Rosso performans cəhətdən güclü deyil və buna görə də, Red Bull və Mercedes ilə mübarizə apara bilmir. Gələn il bolidin performansını artırmağı hədəfləyirik və Karlosun törəmə komandamızda bir il daha qalması mükəmməl olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*