D.Kvyat yenə də cərimələnib

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat Macarıstan Qran Prisinin sıralanma turunda Ləns Strollu əngəllədiyi üçün növbəti dəfə cəza balı alıb.

F-1.az xatırladır ki, rusiyalı sürücü sürətli dövrəsində olan Strollu gec görüb. Kanadalı sürücünün önünü açmaq üçün otluq sahəyə çıxsa da, startda 3 yer itrməklə bərabər bir cəza balı da alıb. Bu hadisə baş verən zaman Kvyat radiodan komandasına – “yaxşı da, uşaqlar, çox gec xəbər verdiniz” dedi.

Hadisəni araşdıran stüardlar rusiyalı sürücüyə yuxarıda sadaladığımız cəzaları veriblər. Beləliklə, 23 yaşlı sürücü son 12 ayda 10-cu cəza balını almış olub. Kvyat əgər 12-ci cəza balını alsa, növbəti yarışı buraxmalı olacaq.

Daniil Kvyat: “Onların qərarını qəbul etməliyəm. Heyif ki, komanda ilə kommunikasiya problemi oldu və onlar mənə rəqibin gəldiyini deyə bilmədilər. Heyif ki, bu cür hallar baş verə bilir. Boliddə titrəmə olduğu üçün mənə dedilər ki, bolidi yavaş sürüm. Sürət fərqi çox idi. Onu görəndə otluğa çıxsam da, gec idi. Məni insanlara nümunə göstərməyi sevirlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*