F-1.az bildirir ki, rusiyalı sürücü Meksika yarışının sonuncu dövrəsində Hülkenberqlə təmas yaşadığı üçün cəza almış və xalsız qalmışdı. 25 yaşlı sürücü bu dəfə Amerikada Peresi ötmək istəyərkən meksikalı pilota təmas edib. Lakin yarışdan sonra bu hərəkətinə görə Kvyatın nəticəsinə 5 saniyə əlavə edilib. Nəticədə Toro Rosso pilotu 10-cu yerdən 12-ci yerə geriləyib.
D.Kvyat yenə cərimələnib
Toro Rosso komandasının sürücüsü Daniil Kvyat növbəti dəfə cərimələnib.