F-1.az xatırladır ki, rusiyalı sürücü Palmerin önündə gedərkən, britaniyalı sürücünün ona çırpılması nəticəsində maşını ciddi zərbəyə məruz qalmışdı. Palmer qəzanın səbəbi kimi pis hava şəraitini göstərmişdi.
Daniil Kvyat: “Dəlisov yarış oldu. Yarışın əvvəlində yaxşı yüksəldik və doğru zamanda keçid təkərlərini götürdük. Təhlükəsizlik Maşını rejimində Palmerin zərbəsindən sonra təkərim deşildiyi üçün çox vaxt itirdim. Pitə girib təkəri dəyişəndən sonra asfaltla ilişmə daha yaxşı idi, amma boliddə artıq problem var idi. Hər şey daha yaxşı ola bilərdi. Bolidi yaxşı hiss edirdik, amma olmadı. Əlimizdən heç nə gəlmir. Sonrakı yarış barədə düşünməliyik”.