F-1.az xatırladır ki, rusiyalı sürücü yarışı komanda yoldaşı Karlos Saynsdan və Ferrari sürücüsü Sebastyan Fetteldən geridə – 10-cu yerdə bitirmişdi. Beləliklə, Kvyat Toro Rosso-ya transfer olunduqdan sonra ikinci dəfə xal qazanmışdı.
Daniil Kvyat: “Xal almaq üçün mübarizə apardıq. Məncə, bu həftəsonu daha çox xala layiq idik. Cümə günü sərbəst yürüşlərdə yarış tempində güclü idik. Bazar günü keçid təkərləri ilə yarışa başladıqdan sonra Medium təkərlərə keçdik və yarışın sonuna qədər problem yaşamadıq. Məncə, yarış tempimiz Sebastyan Fettelə yaxın idi. Bu trasda Ferrari-nin tempinə yaxın ola biliriksə, bu yarış pis yarış deyil. Amma indiyə qədər özümü pis hiss etmədim”.