F-1.az xatırladır ki, rusiyalı sürücü keçən il Rusiya yarışının startında Fettellə insident yaşamış və buna görə də Red Bull komandasından Toro Rosso-ya qovulmuşdu.
Amma 22 yaşlı sürücü bu il öz publikası önündə səhv etmək istəmir: “Vətənimdə yarışacağım üçün xoşbəxt və həyəcanlıyam. 2014-cü ildə buradakı yarışa 5-ci yerdən başlama haqqı əldə etdim və bu, mənim Toro Rosso-da ən yaxşı nəticəm idi. Düzdür, yarış yaxşı nəticə ilə bitməmişdi, amma öz publikamın önündə yaxşı performans göstərmişdim. Bu il isə həm şənbə, həm də bazar günü yaxşı nəticələr almaq istəyirəm. Formula1 mədəniyyəti Rusiyada 2015-ci ilə nisbətən çox inkişaf edib. Artıq təşkilatçılıq peşəkar səviyyədədir. Tribunalarda məni çox adamın dəstəkləməsi mükəmməldir. Ümid edirəm ki, onlara gözəl şou nümayiş etdirərəm və yaxşı nəticə qazanarıq”.