F-1.az bildirir ki, Pirelli quru hava təkərlərinin inkişaf proqramını açıqlamış və 10 komandanın da bu proqrama dəstək verəcəyini demişdi. Bundan əlavə Ferrari, Mercedes və McLaren-in yağış təkərləri ilə süni isladılmış Fyorano və Pol Rikarda testlər edəcəyi bldirilmişdi.
Ferrari-nin yağış təkərləri ilə olan aprelin 19 və 20-ə planlaşdırılıb və testlər bu gündən etibarən başlayıb. Açıqlamalara əsasən, Covinatsi bu gün Ferrari-nin sükanı arxasında süni isladılmış Fyoranoda işləyib. Komandaya yeni qoşulan Daniil Kvyat isə sabah trasa çıxacaq və Pirelli-nin yağış təkərlərini sınayacaq.
Pirelli-nin ikinci testi mayın 15 və 16-da Barselonada olacaq. Quru hava şəraitində keçiriləcək testdə McLaren və Haas komandaları iştirak edəcəklər…