D.Kvyat üzr istəyib

Daniil Kvyat Rusiya yarışında həm Sebastyan Fettelin, həm də komanda yoldaşı Daniel Rikkardonun yarışını məhv edib...

F-1.az xatırladır ki, Daniil Kvyat yarışın startından sonra Sebastyan Fettelə arxadan iki dəfə çırpılıb. Bunun nəticəsində Fettel yarışı vaxtından əvvəl dayandırıb, Daniel Rikkardonun isə təkəri deşilib.

Daniil Kvyat: “Onun belə yavaşlayacağını gözləmirdim. Əyləcə var gücümlə basdım. Bundan artığını edə bilməzdim, çünki təkərlərim bloka düşdü və idarəni itirdim.

Fettellə birinci insident buna görə oldu. İkinci insidentdə isə onun arxasında idim və nə baş verdiyini görmədim. Birdən yavaşladı və reaksiya verə bilmədim”.

Kvyat bu qəzalardan dərs çıxardığını bildirərək üzr istəyib: “Hər şeyin səbəbkarı mən idim. Əlbəttə, özümü yaxşı hiss etmirəm, amma bu cür hadisələr ola bilər.

Karyeramın ən pis hadisəsi idi, amma bundan dərs çıxartdım və sonrakı yarışlarda hər şey daha yaxşı olacaq.

Mənim səhvimə görə qəza edən hər kəsdən üzr istəyirəm və bundan dərs çıxardıq.

Bu hadisə ilə bağlı Sebastyan Fettel və Rikkardo ilə danışmalıyam və danışacam.

İndi hamı məni tənqid edəcək, amma mən bununla bacara bilərəm”.

Daniil Kvyatın komanda yoldaşı Daniel Rikkardo isə yarışdan sonra bildirib ki, bu insidentin səbəbkarının Kvyat olması onu məyus edib: “Yarışın startında hər şey bizim üçün bitdi. İlk döngədə bolidimiz zədələndi və real gücümüzü göstərə bilmədik.

Döngəyə girəndə Fettel yanımda idi və daxili trayektoriyanı tutmuşdu. O üstümə gəlirdi. Xarici trayektoriyada isə Peres var idi.

Təhlükəsizlik avtomobili trasa çıxanda hadisələrə ekrandan baxdım və gördüm ki, insidentin səbəbkarı Kvyatdır. Bu məni əsəbləşdirdi.

Döngə dardır və döngəyə sürətlə daxil olursunuz. Bu bir az Montsa trasına bənzəyir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*