D.Kvyat: “Testlərdən çox şey öyrəndim”

Daniil Kvyat Barselona testlərinin ikinci günündə 116 dövrə vurub və bunun Toro Rosso bolidini tanımaq üçün əla fürsət olduğunu bildirib...

F-1.az xatırladır ki, Kvyat mövsümün ilk 4 yarışında Red Bull ilə yarışsa da, İspaniya QP-dən etibarən Toro Rosso-nun şərəfini qorumağa başlayıb. Rusiaylı sürücü İspaniya yarışını komanda yoldaşı Karlos Saynsın 4 pillə gerisində, 10-cu yerdə bitirib.

Daniil Kvyat bildirib ki, boliddən maksimum almaq üçün zamana ehtiyacı var və testlərin ikinci günündə atdığı 116 dövrə bunun üçün çox vacibdir: “Bu gün çox vacib idi. Yeni boliddə nə qədər çox dövrə vursam, bolidi o qədər çox tanıyaram.

Artıq bolidi daha yaxşı tanıyıram və sürmə stilimə uyğunlaşdırmaq üçün bir neçə şey üzərində işlədim. Hər şey yaxşı işləyir. Bu gün çox vacib dövrələr atdım. 116 dövrə atdım. Deyəsən, Formula1 karyeramdakı ən uzun günüm idi.

Bu gündən razıyam. Çoxlu məlumat topladıq. Bir neçə şey sınaqdan keçirtdim və ümid edirəm ki, bunlardan Monakoda istifadə edib, xeyrini görəcəyik”.

Kvyat bildirib ki, Monako yarışı bolidin potensialını göstərmək üçün əla fürsətdir: “Barselona və Monako trasları çox fərqlidir. Amma bu bizim üçün əla fürsət olacaq, çünki Monako bolidə güvənməli olduğumuz bir trasdır. Mənim də özümü rahat hiss edə biləcəyim yerdir.

Monakoda həmişə yaxşı nəticələr göstərmişəm”.

Testlərin ikinci günündə Kvyat qırmızı bayraqların çıxmasına səbəb olmuşdu. Rusiyalı sürücünün idarə etdiyi Toro Rosso naməlum səbəblərə görə trasda dayanmışdı. Kvyat bildirib ki, komanda bunun səbəbini araşdırır: “Arxa tərəfdə nəsə baş verdi. Heç kim tam olaraq nə baş verdiyini bilmir. Sabah səbəbini öyənərik. Bir az ehtiyatlı davrandıq. Performans cəhətdən problemimiz var idi və qaza basmaqdansa, dayanmağı seçdik. Məncə, bu ən doğru seçim idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*