D.Kvyat: “Startdan yarışım pis getdi”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, startda etdiyi səhv bütün yarışını məhv edib.

F-1.az xatırladır ki, rusiyalı sürücü yarışın startında komanda yoldaşı Karlos Saynsla mübarizə apararkən, tras kənarına çıxmış və daha sonra Sauber sürücülərinin arxasında trasa qayıtmışdı. 22 yaşlı sürücü yarışın böyük hissəsini Palmer və Alonso ilə mübarizə apararaq keçirmiş və xalsız qalmışdı.

Daniil Kvyat: “Yarışım ilk dövrədə bitdi. Asfaltla ilişmə çox zəif idi və trasdan kənara çıxdım. Daha sonra işləri yoluna qoymaq asan olmadı. Bundan sonra mənim üçün çox çətin yarış başladı. Trafiklə mübarizə aparmalı idim və təkərlərə nəzarət etmək çətin idi. Palmer və Alonso ilə apardığım mübarizə əyləncəli idi. Ən azından boş yerə trasda fırlanmaqdansa, yarışdan həzz aldım. Növbəti yarış Rusiyadadır və ümid edirəm ki, öz publikamın önündə gözəl nəticə qazanarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*