F-1.az xatırladır ki, komanda Macarıstanda ötürmələr qutusunda səhv etdiyini anlayıb və buna görə də hər iki sürücüsündə bu detalı dəyişdirmək qərarına gəlib. Lakin Qasli sonuncu Macarıstan yarışını tamamlamadığı üçün ona cəza verilməyəcək.
Daniil Kvyat: “Çox yaxşı gün oldu. Yeni təkərlərlə sürərkən qırmızı bayraqların çıxması isə pis oldu. Sessiya dayandı və daha sonra işlənmiş təkərlərlə sürməli olduq. Ancaq cümə günü çox şey öyrəndik. Bolidin balansından razıyam. Sıralanma turuna qədər bəzi şeyləri düzəldib, daha güclü olmalıyıq.
Təbii ki, hava şəraiti şənbə günü fərqli olacaq və buna görə də hər şeyə hazırlıqlı olmalıyıq. Üçüncü sərbəst yürüşlərdə hər şeyi görəcəyik”.