F-1.az xatırladır ki, rusiyalı sürücü birinci sessiyada 6-cı, ikinci sessiyada isə 4-cü pilləni tutub.
Daniil Kvyat: “Hələ də bolidin üzərində işləməliyik. Orta qrupdakı komandalar bir-birilərinə çox yaxındırlar və buna görə də diqqətimizi yayındırmamalıyıq. Hazırda gözləntiləri yüksəltmək istəmirik. Bəli, həftəsonuna gözəl başlasaq da, əsas sıralanma turudur. Sıralanma turunda yaxşı performans göstərsək və yarışda bəztimiz gətirsə, podiuma yüksələ bilərik. Amma Mercedes-lərin hələlik bizdən geridə olduğunu unutmaq olmaz. Onlar sıralanma turunda güclənəcəklər”.