F-1.az xatırladır ki, ispaniyalı sürücü Kanadada sıralanma turundan sonra bildirmişdi ki, Kvyat onun hava kisəsindən istifadə edərək, üstünlük qazanmışdı.
Daniil Kvyat: “Sıralanma turundan sonra düz hərəkət etmirdi. Məlumatlara baxdım və gördüm ki, hava kisəsindən heç nə qazanmamışam. İstəsə, özü də təhlil edə bilər. Onun atdığı sürətli dövrə ilə mənimkini müqayisə edin. Aradakı fərq sıfırdır. Eyni sürətə sahib idik və düzlükdəki tempimiz eyni idi. Bunu hər yarış yer dəyişərək edirik. Strategiyamız belədir. Bir yarış arxada mən gedirəm, digərində o.
Bakıda o mənim hava kisəmdən istifadə edəcəkdi, amma mən artıq belə işləmək istəmirəm. Əgər mənə sualı varsa, gəlsin danışsın. Əgər cəsarəti varsa belə edər, amma yoxdursa, sizinlə danışar və mətbuata gizli mesajlar verər”.
Sayns isə bildirib ki, bu barədə artıq danışıblar və hər şeyi həll ediblər: “Bu barədə danışmaq istəmirəm. Hər şey komanda daxilində qalacaq. Mən fikrimi bildirdim. Orada haqsız olduğunu düşündüm. Bu barədə danışdıq. Hər şeyi həll etdik və xoşbəxtəm. Artıq bu barədə düşünmürəm”.