D.Kvyat Saynsın bolidini sürüb

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, Ostində Saynsın bolidini sürüb.

F-1.az xatırladır ki, rusiyalı sürücü bu mövsüm pis performans göstərdiyi üçün Sinqapurdan sonra komandadan göndərilmiş və əvəzinə Pyer Qasli gətirilmişdi. Amma Saynsın Renault-ya keçməsi, Qaslinin Super Formula seriyasında son yarışda iştirak üçün Yaponiyada qalması Kvyatın yenidən sükan arxasına keçməsinə səbəb olub. 23 yaşlı sürücü ikinci sərbəst yürüşlərdə 13-cü yeri tutub.

Daniil Kvyat: “Saynsın bolidini sürdüm və mühəndisim Marko Matassa idi. Onu 2014-cü ildən tanıyıram. Bir-birimizi yaxşı tanıyır və başa düşürük. 2014-cü ildə işlədiyim insanlarla işləyirəm və hamısını yaxşı tanıyıram.

Komanda hər iki bolidin də eyni olduğunu deyir. Əgər elə deyirlərsə, elədir. Böyük dəyişiklik hiss etmədim. Bolidin hissi əvvəlki kimi idi. Tez uyğunlaşdım və limitləri tapmaq üçün 2-3 dövrə vurmaq bəs elədi. Daha sonra hər şey yaxşı yönə getdi. Yaxşı sessiya idi. Özümə tez gəldim və hər şey qaydasında idi. Sıralanma tempində işlədik və rəqiblərimizə yaxın idik.

İdmandan ayrı qaldığım vaxt məşqlərə davam etdim. Zehni cəhətdən istirahət etdim. Fiziki cəhətdən isə formamı qorumağa çalışdım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*