F-1.az xəbər verir ki, rusiyalı sürücü testlərin 3-cü günündə 74 dövrə vurub və 9-cu yeri tutub.
Kvyat RB12 barədə təəssüratlarını bildirib: “Uzun qış fasiləsindən sonra RB12 ilə işləmək gözəl və maraqlı idi. Məncə, RB12 doğru atılmış bir addımdır.
İndiyə qədər hər şey yaxşı görünür. Bolid balanslıdır və ilk təəssüratım müsbət yöndədir.
Ümid edirdim ki, bir az daha çox dövrə vurum, amma bu mümkün olmadı. Sabah çalışacayıq ki, daha artığını edək”.