F-1.az xatırladır ki, Red Bull komandası pis performansına görə Pyer Qaslini göndərərək, əvəzinə Aleksander Elbonu gətirib. Lakin əksəriyyət fransalı sürücünün əvəzinə Kvyatı gözlədiyi üçün bu keçid birmənalı qarşılanmayıb.
Daniil Kvyat: “Helmut Marko mənə zəng edərək qərarı dedi və mən bu qərara hörmət edirəm. Məncə, onlar Aleksander Elbonun performansını görmək istəyirlər. Mən onsuz da Red Bull-da yarışmışam və buna görə də məni seçmədilər.
Nəticələrim yaxşıdır, amma 2019-cu ildə necə olacaq bilmirəm. İki-üç həftədən sonra hər şey dəqiqləşəcək. Mən öz işimə fokuslanmışam. Mövsümdən razıyam”.