F-1.az xatırladır ki, rusiyalı sürücü 2019 və 2020-ci illərdə AlfaTauri-də çıxış etsə də, performansı zəif olduğu üçün komandadan qovulmuşdu.
Daniil Kvyat: “Hazırda mənim üçün hər şey qaydasındadır. Alpine-də yeni vəzifəm var. Ehtiyat sürücülük edirəm, simulyatorda sürürəm. Və yarışlara gedirəm. Alpine-lə işləmək maraqlıdır. Burada yeni komanda var. Bəziləri ilə 2015 və 2016-cı ildə işləmişdim. Əgər sürücülərdən birinin başına iş gəlsə, sükan arxasına keçməyə hazıram.
Hazırda qarşımda seçim çoxdur. Bunları düşünməliyəm. Gələn il Formula1-də yarışmaq istəyirəm. Menecerimlə birgə alternativlərə baxırıq”.