D.Kvyat: “Pis günlər geridə qaldı”

Daniil Kvyat bildirib ki, Toro Rosso ilə müqavilə bağladıqdan sonra yaşadığı pis günləri geridə qoyub.

F-1.az xatırladır ki, rusiyalı sürücü İspaniya QP-dən etibarən Toro Rosso-da yarışmağa başlamışdı və ondan sonra yaxşı performans göstərə bilməmişdi. Buna baxmayaraq, Toro Rosso Kvyatla müqaviləni daha bir il uzadıb.

Daniil Kvyat: “Bunu ikinci şans kimi görürəm. Çünki bu il mənim üçün pis keçdi. Bir az rahatlaşmaq və şans əldə etmək gözəl şeydir. Gələn il əlimdən gələnin ən yaxşısını edəcəm”.

Kvyatın adı son günlərdə Force İndia komandası ilə hallansa da, Toro Rosso rusiyalını buraxmayıb: “Bu müqavilə mənim üçün çox vacibdir. Artıq başqa komandaların təklifinə baxmağa ehtiyac yoxdur. Toro Rosso mənim üçün ən yaxşı seçimdir, çünki çox yaxşı tanıyıram. Bura mənim evim kimidir.

Gələn il qaydalar dəyişəcək. Buna görə də komandada iki təcrübəli sürücünün olması vacibdir.

Sözün açığı bir ara komandada qala bilməyəcəyimi düşünürdüm, amma yay tətilindən sonra hər şey qaydasına düşdü. Bəzi yarışlar çox vacib idi. Onlar sizə güvənirsə, deməli sizin istedadınıza bələddirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*