D.Kvyat: “Nəyə ehtiyacım olduğunu bilmirəm”

Daniel Kvyat pis keçən sıralanma turundan sonra bildirib ki, o sonuncu dəfə boliddə özünü nə vaxt yaxşı hiss etdiyini xatırlamır.

F-1.az xatırladır ki, rusiyalı sürücü İspaniya QP-dən əvvəl Toro Rosso-ya göndərilmişdi. Kvyat Toro Rosso-ya gəldikdən sonra sıralanma turunda Saynsa 6-2 məğlub olur. Kvyat Almaniya QP-dəki sıralanma turunda ikinci sessiyaya keçə bilmədi. Kvyat Toro Rosso-ya keçdikdən sonra cəmi 2 xal topladı. Karlos Sayns isə 26 xal topladı.

Kvyat Problemin harda olduğunu anlaya bilmir: “Çox səhv etdim və iyrənc bir dövrə idi. Birinci sessiyada uduzmağı gözləmirdim. Nəyə ehtiyacım olduğunu bilmirəm. Bolidi başa düşmək istəyirəm. Bunu bacarsam, hər şey gözəl olacaq. Amma sonuncu dəfə özümü boliddə nə vaxt yaxşı hiss etdiyimi xatırlamıram. Yaxşı hiss etmirəm. Mənim üçün yaxşı dövr deyil. Hər həftəsonu əlimdən gələni edirəm. Amma işə yaramır. Deyəsən daha artığına ehtiyacım var. Sərbəst yürüşlərdə yaxşı məlumatla toplamışdıq. Bolid çox yaxşı idi. Bu gün nələrin baş verdiyini anlamadım. Bolidi anlamaqda çətinlik çəkdim və nəticə belə oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*