F-1.az xatırladır ki, bu il Mucello trası da Formula1 yarışını qəbul edəcək. İmolanın da təqvimə girməsi gözlənilir.
Daniil Kvyat: “Əladır. Həmişə Montsa, Mucello və İmolanın təqvimdə olmasını istəmişəm. Bu, yuxu kimidir, çünki bu traslar tarixinə görə təqvimdə olmalıdır. Bu trasları həmişə sevmişəm. Formula Renault-da çıxış edəndə Mucelloda yarışmışdım və trası sevmişdim. F1 bolidi ilə də buradan həzz alacağıq. Müasir bolidləri orada sürmək yaxşı olacaq”.