D.Kvyat məyusluğunu gizlədə bilmir

Monako Qran Prisinin sıralanma turunda 11-ci olan Kvyat məyusluğunu büruzə verib.

F-1.az xatırladır ki, rusiyalı sürücü sıralanma turunun ikinci sessiyasındakı son cəhdində yaxşı nəticə ilə gəlsə də, Vandornun qəzasına görə çıxan sarı bayraqlar onun geriyə düşməsinə səbəb olub.

Daniil Kvyat: “Sözün açığı, ikinci sessiyanın sonundakı qəzaya görə özümü pis hiss edirəm. Bütün həftəsonu ərzində güclü görünürdük və hər iki bolidlə son sessiyaya qala bilərdik. Buna görə də məyusam. Lakin yarışa McLaren-in cəzalarına görə 9-cu yerdən başlayacağıq. Buna görə özümü yaxşı hiss edirəm. Bu tras Barselonadan fərqlənsə də, oradakı yüksəlişimiz mükəmməl idi. Burada da düzgün strategiya ilə yaxşı yer tutmaq istəyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*