F-1.az xatırladır ki, rusiyalı sürücünün Sinqapur yarışındakı qəzası Red Bull rəhbərliyinin səbr kəsasını doldurmuş və buna görə də müqaviləsi ləğv edilmişdi. Kvyatın 2018-ci il üçün Williams komandası ilə danışıqlar apardığı haqda xəbərlər çıxdığı vaxt Braziliya mətbuatı iddia edib ki, 23 yaşlı sürücü McLaren-lə də danışıqlar aparır. Rusiyalı sürücü gələn il “narıncılar”ın ehtiyat və test sürücüsü ola bilər. Batton ayrıldıqdan sonra Kvyatın bu boşluğu dolduracağı düşünülür.
Renault mühərriklərini yaxşı tanıyan Kvyat gələn il McLaren komandasına fayda verə bilər. Bəzi iddialara əsasən, gənc sürücü McLaren-lə simulyator testləri edəcək.