F-1.az xatırladır ki, rusiyalı sürücü İspaniya yarışının son dövrələrində 9-cu yer uğrunda Maqnussenlə mübarizə aparmış və ötmə zamanı Haas komandasının sürücüsü ilə təmas yaşamışdı. Bu təmasın nəticəsində danimarkalı sürücünün təkəri partlamış və xalsız qalmışdı.
Daniil Kvyat: “Döngəyə gələndə təxminən 1 saniyə öndə idim, amma Kevin üstümə sürdü və təmas etdik. Lakin hadisədən sonra onunla danışmaq lazımdırmı, bilmirəm. Səhv hərəkət etmədim və bu barədə danışılacaq bir şey yoxdur. Çox çətin yarış idi. 19-cu yerdən başlasaq da, hər iki bolidlə xal ala bildik. Bolid şənbə gününə nisbətən yaxşı idi. Ümid edirəm ki, növbəti yarışda da uğurlu olarıq”.