F-1.az xatırladır ki, rusiyalı sürücü Monakoda 9-cu yerdə getsə də, Peresin hücumuna görə mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.
Daniil Kvyat: “Monrealı çox sevirəm. Bura ziyarət etdiyimiz ən gözəl şəhərlərdən biridir. Stres atmaq üçün gözəl gəzməli yerləri və alış-veriş etmək üçün gözəl mağazaları var. Buradakı atmosferi bəyənməmək mümkünsüzdür.
Bundan başqa trasın özünəməxsus quruluşu var. Çoxsaylı şikanalardan başqa çox uzun düzlüyə sahibdir. Burada sürmək həzz verir. Hər şeyi bir araya gətirib dövrə vurmaq asan olmur. Burada ötmə etmək də asandır, yəni əyləncəli bir həftəsonu gözləyirəm”.