D.Kvyat gələn il hansı komandada olacaq?

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, gələn il üçün komandada qalmaq istəsə də, başqa alternativləri də dəyərləndirəcək.

F-1.az xatırladır ki, rusiyalı sürücü 2014-cü ildə Toro Rosso komandası ilə mükəmməl debüt etmiş və 2015-ci ildə Red Bull komandasına transfer olunmuşdu. Kvyat Red Bull-dakı ilk mövsümündə komanda yoldaşı Rikkardonu qabaqlaya bilmişdi.

Amma 2016-cı ilin Rusiya yarışında Fettellə insident yaşayan 22 yaşlı sürücü komandası Red Bull tərəfindən Toro Rosso-ya göndərilmiş, yeni komandasında isə bərbad performans göstərdiyi üçün sərt tənqidlərə məruz qalmışdı.

Amma Kvyat bu mövsümə yaxşı başlayıb və həm Avstraliyada, həm də Çində sıralanma turunun son sessiyasına qala bilib.

Daniil Kvyat: “Hazırda narahat deyiləm. Sadəcə trasdakı işimə fokuslanmışam. Mənim üçün ən vacib şey budur. Toro Rosso hazırda yaxşı yerdir. Gələcəkdə burada olmağa razıyam. Rəqabətədavamlı komandadayam. Əgər yaxşı performans göstərsəniz, yerinizi qoruya bilərsiniz. Bu qədər sadə”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*