D.Kvyat: “Fettelə çırpılmaq mənim hobbimdir”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, 2016-cı ildəki Rusiya Qran Prisində yaşadığı hadisələrə sadəcə gülür.

F-1.az xatırladır ki, rusiyalı sürücü 2016-cı ildə öz vətənindəki yarışın startında Fettelə iki dəfə çırpılmış və almaniyalı sürücünün baryerlərdə yarışı başa vurmasına səbəb olmuşdu. Kvyat bu yarışdan sonra Red Bull komandasından Toro Rosso-ya göndərilmişdi.

Daniil Kvyat: “Rusiya yarışı ilə bağlı ağlıma ilk olaraq Sebastyan Fettel gəlir. Ona çırpılmaq hobbi kimi idi. Yaxşı da, hamınız bilirsiniz ki, zarafat edirəm. Bir az ciddi danışsaq, ilk düşündüyüm şey birinci döngəyə çatanda əyləcə necə basmaqdır. Burada yarışmaq mənim üçün çox xüsusidir. Öz publikamın önündə gözəl həftəsonu keçirmək istəyirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*