D.Kvyat: Elbon arxa planda qalır

Sabiq Formula1 sürücüsü Daniil Kvyat bildirib ki, sabiq komanda yoldaşı Aleks Elbon arxa planda qalır.

F-1.az xatırladır ki, rusiyalı sürücü Formula1-də altı mövsüm yarışıb. O, bu müddət ərzində ancaq Red Bull-un tərkibində mübarizə aparıb. Buna görə də Red Bull-da yarışan sürücüləri yaxşı tanıyır.

Daniil Kvyat: “Peletonda əksər sürücülərlə yarışmaq fürsətim olmadı. Ancaq Elbon yenidən idmana qayıdıb. Buna görə də onun arxa planda qaldığını düşünürəm. Maşını elə də güclü deyil. Yenə də yaxşı performans göstərir. Bir az bəxti gətirsə, yaxşı karyerası ola bilər. Ağlıma ilk o gəlir. Digər sürücülər isə özləri bildikləri kimi yarışırlar.

Elbon çox uyumlu sürücüdür. Güclü sürücüdür və şəxsiyyət kimi də yaxşıdır. Bəlkə indi daha rahat davranır. O vaxtlar onunla yaxşı yola gedirdik. Lakin Formula1-də bir az özündənrazı olmalısınız”.

Qeyd edək ki, Daniil Kvyat Formula1 karyerası ərzində 4 dəfə podiuma yüksəlib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*