F-1.az xatırladır ki, rusiyalı sürücü yarışı 8-ci yerdə apararkən, problem yaşayıb və əlavə pit-stop etməli olub. Buna görə də yerini komanda yoldaşı Karlos Saynsa verib.
Daniil Kvyat: “Əla yarış idi. Yarışın sonunda əlavə pit-stop etməsək, daha gözəl olardı. Amma yenə də buradan xoşbəxt ayrılacam. Komanda əla iş gördü. Bazada və boksda hər kəsə təşəkkür edirəm. Çoxlu xallar almaq üçün bugünkü kimi sağlam mübarizə aparmalıyıq. Fiziki cəhətdən də çətin yarış idi, amma bütün qış məşq etdiyim üçün mənə rahat oldu. İndi növbədə Çin yarışı var. Ən yaxşı formada hazırlaşıb, yenidən xallar uğrunda mübarizə aparmaq istəyirik. Ümid edirəm ki, mövsüm yaxşı davam edər”.