F-1.az xatırladır ki, rusiyalı sürücü bu il cəmi 4 xal toplaya bilib.
Daniil Kvyat: “Mən sadəcə işimlə məşğulam. Hər yarış əlimdən gələni edib komandama yaxşı xallar qazandırmağa çalışıram. Bəzi problemlərə görə turnir cədvəlində geridə qaldığımı bilirəm.
Təbii ki, burada son qərarı Red Bull verəcək. Əgər onlar xoşbəxtsirsə, mən də komandada qalaram. Hazırda mən də sizin kimi qərarı gözləyirəm. Trasdakı hadisələri dəyişdirə bilmərəm. Bəzi səhvlərim oldu, amma gördüyüm işdən razıyam. Ümid edirəm ki, komandada qalmağa davam edərəm. Onlar mənim potensialımı gözəl bilirlər”.