D.Kvyat: “Dəyərli dəqiqələr itirdik”

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat cümə günü 4 dövrə vurmasına baxmayaraq, vacib məlumatlar topladıqlarını deyib.

F-1.az xatırladır ki, rusiyalı sürücü karyerasında son podiumunu 2016-cı ildə Çində qazanıb. Kvyat bildirib ki, builki yarışdan da yaxşı nəticə almaq istəyir: “Cümə günü cəmi 4 dövrə vura bildik. İkinci sərbəst yürüşlər isə boş keçdi. Çox dəyərli dəqiqələri itirdik. Bundan başqa buraya gələn fanlar üçün də məyusam. Ümid edirəm ki, şənbə günü hər şeyi kompensə edərik.

Bir gün tamamilə trasa çıxa bilmədiyimiz üçün bazar günü çoxlu sürprizlə qarşılaşa bilərik. Biz cümə günü 4 dövrədə çoxlu məlumat toplaya bildik və bunlardan maksimum istifadə etmək istəyirik. Şənbə və bazar gününə olan hava proqnozları dəyişkəndir. Buna görə də sazlanmalar çox vacibdir. Ümid edirəm ki, hər şey bizim xeyrimizə olar və gözəl nəticələr alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*