F-1.az xatırladır ki, rusiyalı sürücü son iki mövsümdə qeyri-stabil performans göstərib və nəticədə AlphaTauri komandası onunla yolları ayıraraq, əvəzinə Yuki Tsunodanı gətirib.
Helmut Marko: “Son yarışlarda sürətli idi. Lakin əksər yarışlarda Qaslidən geri qalırdı. Onun kimi təcrübəli sürücü üçün pis nəticə idi. Artıq Daniil Kvyat məsələsi bizim üçün birdəfəlik bağlandı”.