F-1.az xəbər verir ki, testlərin son gününü 96 dövrə vuraraq 2-ci yerdə tamamlayan komandanın rusiyalı pilotu Daniil Kvyat daha yaxşı nəticələr göstərə biləcəklərini düşünür: “Testlər mənim üçün yaxşı keçdi. Xeyli dövrə vurduq. Önümüzdəki həftə daha 2 gün işləyəcəm. Testlərdə çatışmazlıqları həll edə bilərik. Melbrundakı yarışa qədər hər şeyi daha yaxşı vəziyyətə gətirməliyik. Növbəti həftəni səbrsizliklə gözləyirəm”.