D.Kvyat: “Çətin yarış idi”

Çin yarışında gözəl start alan, amma daha sonra hidravlika probleminə görə mübarizəni dayandıran Daniil Kvyat bildirib ki, pis gün keçirib.

F-1.az xatırladır ki, Daniil Kvyat Soft təkərlərə keçdikdən sonra problem yaşayaraq mübarizəni dayandırmışdı.

Daniil Kvyat: “Mənim üçün çətin gün idi. Bilmədiyim səbəbə görə hidravlika problemi yaşadım və indi bunu təhlil etməliyik. İlk pitdən sonra təkərləri qızdırmaqda çətinlik çəkdim və hamı məni dövrəvi sürücü kimi keçirdi. SuperSoft təkərli sürücülərə qarşı müdafiə oluna bilmirdim. Amma Karlos aldığı nəticə ilə orta qrupda çox güclü olduğumuzu göstərdi. Bəhreyndə iki bolidlə də xal alıb seriyamızı davam etdirmək istəyirik.

Mübarizəni vaxtından əvvəl dayandırmaq məyus etsə də, bu, idmanın bir hissəsidir. Növbədə yarışlar çoxdur. İndi onlara fokuslanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*