F-1.az xatırladır ki, rusiyalı sürücü birinci döngənin girişində Fernando Alonsoya çırpılmış, ispaniyalı sürücü də öz növbəsində Ferstappenə təmas edərək, mübarizəni dayandırmışdı.
Daniil Kvyat: “İnsidentə baxmayaraq, gözəl start aldığımı düşünürəm. Deyəsən, önümdə Karlosla Maks problem yaşamışdı. Fernando da o anda Maks ilə mübarizə aparırdı və hansı trayektoriyada olacağına qərar verə bilmədim. Daha sonra isə bolidi saxlaya bilməyib ona arxadan çırpıldım. Gözəl startla bir neçə pillə qazanmaq istəsəm də, işlər istədiyim kimi getmədi. Növbəti yarışdan əvvəl soyuq bir duş qəbul etmək istəyirəm. İnsidentə təkrarda baxıb səhvlərimi düzəldəcəm. Bunun yenidən yaşanmasını istəmirəm. Burada vacib xallar itirdik və bu xalları Silverstounda kompensə etməliyik. Çempionatda yenidən 5-ci yerə yüksəlməliyik”.