F-1.az xatırladır ki, rusiyalı sürücü Red Bull Rinqdə 3 dəfə yarışıb və bunlardan 2-də mübarizəni vaxtından əvvəl dayadırıb. Birində isə 12-ci yeri tutub.
Daniil Kvyat: “Daha əvvəl Avstriyada xal qazana bilməməyim məni stressə salmır. Burada daha yaxşı işlər görməliyəm. Statistikaya baxaraq, Formula1-də uğur qazana bilmərik. Buraya gələndə də yanaşmamı dəyişdirmədim. Bilirəm ki, sürətliyəm və trasa çıxan andan etibarən yaxşı nəticə üçün əlimdən gələni edəcəm. Sürətli döngələrdən bol olan son sektoru çox sevirəm. Burada sürmək həmişə həzz verib. Komanda olaraq son yarışlardakı tempimizdən razıyıq və Red Bull Rinqdə bunu davam etdirmək istəyirik”.