F-1.az xatırladır ki, rusiyalı sürücü xaotik yarışda üçüncü olaraq, Toro Rosso komandasını 11 ildən sonra podiuma daşıyıb.
Daniil Kvyat: “Həyatımın ən yaxşı yarışı idi. Qeyri-adi idi. Lakin əla nəticə qazandıq. 2008-ci ildə Sebastyanın Montsadakı qələbəsindən sonra podiuma həsrət idik. Bu, 11 ildən sonrakı podiumdur. Çox xoşbəxtəm. İnanılmaz gün keçirtdim və hamıya minnətdaram. Düzünü desəm, bütün podiumlardan fərqli idi. Həytımdakı ən yaxşı podiumdur. Bu nəticəm tarixə keçəcək, çünki uzun illər idi ki, belə nəticəyə həsrət idik. İndi isə daha yaxşı nəticələr üçün mübarizə aparmağa hazıram. Çünki artıq yetişkinəm. Yüksək yerlər üçün mübarizə aparmağa hazıram. Bunu isbat etdim”.