F-1.az xatırladır ki, rusiyalı sürücü son mövsümü AlphaTauri komandasında keçirmiş və uğursuz çıxış etmişdi. Buna görə də İtaliya təmsilçisi 27 yaşlı sürücü ilə yolları ayırmışdı. Lakin Alpine komandası təcrübəli pilotun boşda qalmasına icazə verməyib və onu ehtiyat sürücü kimi heyətinə cəlb edib.
Alpine-nin rəhbəri Loren Rossi: “Bu il ehtiyat sürücümüz Kvyat ilə əlavə gücə sahib olacağıq. Buna görə şadıq, çünki pandemiya dövründə güclü ehtiyat sürücü çox vacibdir. Daniil çətin anlarda güclü sürücü olduğunu çoxdan sübut edib. 26 yaşında üç dəfə podiuma yüksəlib”.
Daniil Kvyat: “Alpine komandasına qatıldığım üçün xoşbəxtəm. Komanda keçən il yaxşı nəticələr əldə etdi. Texnoloji cəhətdən də təkmilləşiblər. Komandaya kömək etmək üçün səbirsizlənirəm.
Ehtiyat sürücü həmişə hazır vəziyyətdən olmalıdır. Komandaya tez öyrəşməyə çalışacam”.