D.Kvyat aldığı cəzaya görə narazıdır

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat Meksika yarışında Roman Qrojanı trasdan çıxmaqla keçdiyi üçün 5 saniyə cəza almışdı. Rusiyalı sürücü stüardların qərarında uyğunsuzluq olduğunu bildirib.

F-1.az xatırladır ki, Kvyat yarışı 17-ci yerdə bitirsə də, aldığı cəzadan sonra 18-ci olmuşdu.

Daniil Kvyat: “Heyif ki, daha yuxarı mövqelər üçün yarışacaq tempdə deyildik. Mənə veriləcək cəza barədə danışsaq, onu deyə bilərəm ki, cəzalarda uyğunsuzluq var. Yarışa baxandan sonra tam fikrimi deyə bilərəm, amma cəzaya layiq deyildim”.

Kvyatın komanda yoldaşı Sayns da startda Alonsonu trasdan çıxardığı üçün 5 saniyə cəza almışdı.

İspaniyalı sürücü ötürmələr qutusunda və əyləclərdə problem yaşadığı üçün 16-cı yeri tutmuşdu.

Karlos Sayns: “Qızdırma dövrəsində ötürmələri azaldarkən, ötürmələr qutusunda problem olduğunu hiss etdim. Əyləclər də ilk dövrədən sonra çox qızdı. Yarışda tempimiz zəif idi və problemlər işimizi daha da çətinləşdirdi”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*