D.Kulthardın çəkildiyi reklamın yayımı qadağan olunub

Keçmiş Formula1 sürücüsü Devid Kulthardın çəkildiyi reklamın yayımına qadağa qoyulub.

F-1.az xatırladır ki, keçən ilin sonunda şotlandiyalı sürücü Aviva sığorta şirkətinin siması seçilmişdi. Bu ilin yanvarından etibarən Britaniya kanallarında onun çəkildiyi reklam çarxı nümayiş olunurdu – çarxda keçmiş F1 sürücüsü taksi sürücüsü rolunu oynayırdı və öz sərnişinlərini daim təhlükəyə atırdı.

 

Bu çarx artıq nümayiş olunmur – tamaşaçıların şikayətindən sonra sürücüləri təhlükəli sürməyə təkrik etdiyinə görə reklamın nümayişinə qadağa qoyulub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*