D.Kulthard: Volffun qərarı sərtdir

Geridə qoyduğumuz mövsümün ilk yarışında zəif təsir bağışlayan Mercedes-in rəhbəri Toto Volff kəskin çıxışları ilə diqqət cəlb etmişdi.

F-1.az xatırladır ki, Toto keçənilki yan pantonların dar olduğu konsepsiyanın bu il də işləmədiyini və dərhal bu yanaşmanı dəyişməli olduqlarını bildirmişdi. Deyvinin fikrincə bu, kəskin qərardır.

Deyvin Kulthard: “Olduqca sərt qiymətləndirmədir. Bu maşın cəmi altı gün  – üç gün testlərdə, üç gün də yarış həftəsonunda trasda olub. Onun niyə bu yolu seçdiyini bilmirəm.

Bəli, onlar dar yan pontonlarla tamamilə fərqli bir konsepsiyaya sahibdirlər və indi digərləri ilə eyni dizaynı istəyirlər. Bu, Mercedes-in dizayn komandasına ağır zərbə olacaq.
Aydındır ki, çempionatda daha yaxşı maşın var, Maks heç bir problem olmadan yarışı qazandı. Bu vəziyyətdə başqaları yalnız qalanların ən yaxşısı adı üçün mübarizə apara bilər”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*