F-1.az xatırladır ki, Tsunoda komandası AlphaTauri ilə müqavilə yenilədikdən sonra mətbuat konfransında təəccübləndiyini demişdi. Belə görünür ki, bu sözlər şotlandiyalı şərhçinin xoşuna gəlməyib.
Devid Kulthard: “Onun başı işləyir? Məncə, çamadanını yığıb evinə qayıtmalıdır. Çünki bu sözlər yarış pilotuna yaraşmır. O dedi ki, müqavilənin yenilənməsinə təəccübləndim, çünki davamlı qəzalar edirəm. Mən olsam, ona ucuz və yaxşı təyyarə bileti alardım, çünki gələn ildən Formula1-də olmayacaq”.