F-1.az xatırladır ki, Kulthard 1993 və 1994-cü illərdə Williams komandasının test sürücüsü idi. 1994-cü ildə əfsanəvi Senna ilə işləyən britaniyalı sürücü Formula1-in əfsanəsi ilə bağlı xatirəsini danışıb
Devid Kulthard: “Test günü Ayrton səhər tezdəndən gecəyə qədər işləmişdi. Bolidi təkmilləşdirməyə çalışırdı. Bir dəfə Eştorildəki testlərə getdim və həmin gün trasda işləyirdi. Ondan sonra mən sürəcəkdim. Səhər 8-də gəldim və 9-da testlər başladı. Senna da orada idi. Sabahsı gün səhər testə gələndə Senna yenə orada idi. Qulaqlıqları taxıb danışıqlarımıza qulaq asdı. Bolid barədə hər şeyi bilmək istəyirdi. Verdiyim geribildirimlərə güvənmək istəyirdi. Mənə heç nə demədi. Lakin Fren Uilyams “Ayrton səndən razıdır” dedi. Senna mənə güvənmişdi. Frenkə dəmişdi ki, mənə şans verin”.