F-1.az xatırladır ki, finlandiyalı sürücü son qələbəsini 2013-cü ilin Avstraliya yarışında qazanıb. Bu il də komanda yoldaşı Fettelin tempinə cavab verə bilmir və hazırda turnir cədvəlində 5-ci yerdədir.
Devid Kulthard: “Kiminin əsas problemi şanssızlıqdır. Hazırda bəxti gətirmir. Əvvəlki sürətini itirməyib. Hazırda Formula1-in ən sürətli pilotlarından biri olmağa davam edir. Bəxti gətirəndə yaxşı performans göstərir”.